AZ

Almaniyada pensiya islahatları olacaq

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyada mübahisəli pensiya islahatı artıq Federal Məclis (Bundestag) tərəfindən təsdiqlənib.

"Cebheinfo.az" xəbər verir ki, 2026-cı il yanvarın 1-də qüvvəyə minəcək qanun 67 yaşdan sonra işləyən pensionerlərə vergidən azad iş imkanı yaradır.

Almaniya Federal Məclisi, növbəti 15 ildə pensiya sisteminə əlavə 185 milyard avro maliyyə yükü gətirəcəyi və 67 yaşdan sonra çalışanlara vergisiz gəlir hüququ tanıyacağı bildirilən pensiya islahatını təsdiqləyib.

Berlində 597 deputatın qatıldığı səsvermədə qanun layihəsi 319 lehinə, 225 əleyhinə səslə qəbul edilib, 53 deputat isə bitərəf qalıb. 

İslahat hökumət daxilində, xüsusilə də gənc Xristian Birlik (CDU/CSU) deputatlarının narazılığına səbəb olub.

Təxminən 18 gənc deputat, maliyyə yükünü əsas gətirərək paketə qarşı çıxıb və bunun koalisiyanı belə sarsıda biləcək böhrana çevrilə biləcəyi qeyd olunub.

Sosial Demokrat Partiyasının (SPD) seçki vədləri arasında yer alan bu islahat pensiya maaşlarını təminat altına almağı hədəfləyir. 

Layihəyə görə, 67 yaşdan yuxarı şəxslər ayda 2 min avroya qədər vergidən azad şəkildə işləyə biləcəklər.

Almaniyada sürətlə qocalan əhali sosial sığorta sistemi üzərindəki təzyiqi artırır. İslahatı tənqid edənlər pensiya maaşlarının artırılmasının mövcud maliyyələşdirmə modelini çətinləşdirəcəyini bildirirlər. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr