ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirəsində iştirak ediblər.Demokrat.az xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib."Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi baxımından sülhün iqtisadi faydası, əlaqələrin qurulması, etimad quruculuğu tədbirləri və s. istiqamətdə atılan addımları müzakirə etdik.Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək üçün güclü niyyətini vurğuladım", - paylaşımda qeyd olunur.
On the sidelines of @Dohaforum I and Armen Grigorian, Secretary of the Security Council of Armenia, participated in the panel titled “Armenia–Azerbaijan Lasting Peace: The Washington Accord and a Shared Future” with the moderator of @DavidHearst.We discussed the steps taken in… pic.twitter.com/zh2uaQ446r
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 6, 2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.