AZ

Rusiyanın ən yaxşı Şaxta babası idi, Yeni ilə az qalmış vəfat etdi

Məşhur aktyor və rejissor, Rusiyanın ən yaxşı Şaxta babası adı almış Aleksandr Skavış 55 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Uraydakı Azad Teatr məlumat yayıb.

Həmkarları onun haqqında yazıblar: "Yeri doldurulmayacaq bir itkidir! Əvəzolunmaz insan, sənətkar, yoldaş, tərəfdaş, dost, müəllim... Təkcə teatrın deyil, hər sənətkarın, hər tamaşanın həyatının bir hissəsi idi".

Aktyorun tanışı Vyaçeslav Kazantsev aif.ru-nun əməkdaşı ilə söhbətində deyib ki, sənətçinin ölümü qəfil baş verib. O, Skavışın vəfatını Yuqranın bütün teatr ictimaiyyəti üçün ağır itki adlandırıb.

"Çox çalışırdı, planlaşdırmalar aparırdı və sadəcə yuxudan oyanmadı...", - deyə o bildirib.

Seçilən
58
publika.az

1Mənbələr