ain.az, Gununsesi saytına istinadən bildirir.
Uzun illər Prezident Administrasiyasının Aqrar Məsələlər Şöbəsinin rəhbəri olmuş, deputat Azər Əmiraslanovun vaxtilə Ramiz Mehdiyev haqqında müsahibəsi yayılıb.
A.Əmiraslanovunmüsahibəsində sabiq PA rəhbəri haqqında dediyi sözlərə Mehdiyevin əleyhdarı kimi tanınan Xeyrəddin Qoca sərt reaksiya verib.
Gununsesi.info həmin açıqlamanı təqdim edir:
“Deputarət Azər Əmiraslanov, Ramiz Mehdiyevi tərifləyərkən demisiniz ki, “Ramiz Mehdiyev dövləti həm də yazılmamış qayda-qanunlarla idarə edib”. “Yazılmamış qayda-qanunlar” nə deməkdir? Həmin “qayda-qanunlardan” biri odur ki, Heydər Əliyevə yaxın bütün insanlara zərbə vurub! İkincisi, başına özü kimilərini yığıb, bütün dövlət vəzifələrinə öz adamlarını yerləşdirib! Üçüncüsü, dövlətin o qədər pulunu dağıdıb ki, hesabı yoxdur! Dördüncüsü, Fetodan betər, dövlətin içərisində dövlət yaratmaq istəyib! Beşincisi,
dövlətə xəyanət etmək istəyib və və edib! Altıncısı…Yenə deyim?
Sizin kimiləri belə təriflərə görə vəzifələr tutmusunuz, deputat seçilmisiniz!..”
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.