"Real Madrid" "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodrini transfer etmək istəyindən əl çəkib.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Məlumata görə, buna səbəb sözügedən futbolçunun yüksək transfer qiyməti, tez-tez zədələnməsi və artıq 29 yaşının olmasıdır. Mənbə diz bağları qopandan sonra əvvəlki formasını yığa bilməyən Rodridən imtina edən "kral klubu"nun hazırda "Kristal Pelas"dan Adam Uorton, "AZ Alkmar"dan isə Kes Smitlə maraqlandığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm MS forması ilə 8 matça çıxan Rodri məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat