AZ

Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda keçirilənTürk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosialmüdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdəsəfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşolub.

Trend xəbərverir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri AnarƏliyev Türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığıngücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülənişləri yüksək qiymətləndirdiyimizi qeyd edib. Nazir Təşkilata üzvdövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərininAzərbaycanda keçirilən ilk iclasının əhəmiyyətini vurğulayıb. O,son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını qeydedərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığıngenişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə hazır olduğumuzubildirib.

Kubanıçbek Ömüralıyev Türk dövlətləri arasında əmək, məşğulluqvə sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsiüçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, bu sahədəTDT Katibliyinin bundan sonra da öz dəstəyini verəcəyinibildirib.

Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiənazirlərinin I iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olanTürkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüşolub. Anar Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyev vəTürkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səyləri iləölkələrimiz arasında münasibətlərin strateji müttəfiqliksəviyyəsinə yüksəldiyini vurğulayıb. Əlaqələrimizin əmək, məşğulluqvə sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyi qeydedilib.

Vedat İşıkhan iki Nazirlik arasında uğurlu əməkdaşlığın TDTçərçivəsində də daim genişlənəcəyini bildirib. O, Təşkilata üzvdövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda“Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq”adı ilə keçirilən birinci iclasının əlaqələrin inkişafında xüsusiönəmini qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsiaparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
189
13
az.trend.az

10Mənbələr