AZ

S&P: 2026–2028-ci illərdə Azərbaycanda adambaşına ÜDM üzrə artım proqnozlaşdırılır

2026-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 7,8 min ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Proqnozlarına əsasən 2027-ci ildə adambaşına ÜDM 8,2 min ABŞ dollarına, 2028-ci ildə isə 8,6 min ABŞ dollarına qədər yüksələcək.

“Eyni zamanda Azərbaycanda nominal ÜDM-in həcmi 2026-cı ildə 80,7 milyard ABŞ dolları, 2027-ci ildə 85,1 milyard ABŞ dolları, 2028-ci ildə isə 89,6 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir”, - agentlikdən bildirilib.

Seçilən
93
1
apa.az

2Mənbələr