Bakı.Trend:
"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasındadəmir yolu infrastrukturunun yenidən qurulması vəmodernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb vəartıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinəstart verilib.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatəedir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yoluşəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illikyükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmaçərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpaolunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasındayükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhliziŞimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkiledəcək.