AZ

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Latviyanın tibb müəssisələri və universitetlərinin fəaliyyəti ilə tanış olub (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyinümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdə olub.Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibbmüəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqlarınınfəaliyyəti ilə tanış olub.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalqİqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyiilə görüşüb. Qonaqlara məlumat verilib ki, 1992-ci ildə təsisedilən RISEBA Latviyanın ən böyük özəl ali təhsil müəssisələrindənbiridir. Bundan əlavə, RISEBA dünyanın müxtəlif universitetləri vətəşkilatları ilə fəal əməkdaşlıq edərək, tələbələrə peşəkarməqsədlərinə uyğun istiqamət seçməyə imkan verən müxtəlif təhsilproqramlarını təklif edir

Riqa Şərq Universitet Xəstəxanasının Təcili yardım və pasiyentqəbulu klinikası, eləcə də Travmatologiya və OrtopediyaXəstəxanasına da səfər baş tutub. Xəstəxanaların infrastrukturu,innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya,ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsiimkanları müzakirə edilib.

Latviyanın “Grindeks” aparıcı əczaçılıq şirkətinin fəaliyyətiilə tanışlıq baş tutub. Farmasevtik istehsal prosesi, keyfiyyətənəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanmasısahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Riqa Stradinş Universitetinin Tibb Təhsil TexnologiyalarıMərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri fakültəsi,eləcə də Uşaq Klinik Universitet Xəstəxanasında görüşlər keçirilib.Tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgətəlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq barədəfikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti E. Qulbis laboratoriyasında Latviya Tibbİşəgötürənləri Assosiasiyası (VADDA) ilə görüşüb. Görüşdə laboratorxidmətlərin təşkili, diaqnostik imkanların genişləndirilməsi vəmüasir laborator standartların tətbiqi üzrə əməkdaşlıq məsələlərimüzakirə olunub.

Səfər Azərbaycan və Latviya arasında tibb elmi, klinik təcrübəvə səhiyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsibaxımından mühüm rol oynayacaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
65
9
az.trend.az

10Mənbələr