Məşhur tiktoker Adelin (Vüsal Cəfərov) azyaşlı övladları ilk dəfə olaraq mərhum analarının məzarını ziyarət ediblər.
NOCOMMENT.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda azyaşlıların analarının məzarını gördükdə yaşadıqları təəccüb və kədər aydın görünür.
Görüntülər istifadəçilər tərəfindən də böyük hüznlə qarşılanıb, ailəyə çoxsaylı başsağlığı mesajları yazılıb.
Qeyd edək ki, Adelin həyat yoldaşı 27 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.