Bakı.Trend:
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıtşəhəri, Yəhya Məmmədov küçəsində yerləşən, Sadıqov Cəlil Alimoğluna məxsus oksigen balonlarının doldurulması sexində keçirilənyoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlarınmövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına,ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükəyaratdığı müəyyən edilib.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuquraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təminedilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin taxta konstruksiyalarına odadavamlı məhlulhopdurulmayıb;
- obyektdə “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə ziddolaraq sıxılmış və mayeləşdirilmiş qazla dolu oksigen balonlarısaxlanılır;
- obyektin ərazisi quru ot və kol-kosdan təmizlənməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişSumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən, Sadıqov CəlilAlim oğluna məxsus oksigen balonlarının doldurulması sexininfəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarınbir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.