AZ

Bakı ilk dəfə  “D-8” Gənclər Dialoquna ev sahibliyi edir

Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir.

Apasport.az xəbər verir ki, bu gün dialoqun rəsmi açılış mərasimi baş tutub. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qısa videoçarxın nümayişi ilə başlayıb.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir çıxış ediblər.

Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib. 

Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.

Həmyerlimiz Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib

Yüksək Liqada təyinatlar açıqlanıb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli olub

Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb

İmaməddin Xəlilov Özbəkistanda keçirilən beynəlxalq festivalda çıxış edib

Seçilən
38
14
apasport.az

9Mənbələr