AZ

Bakı D-8 Gənclər Dialoquna ev sahibliyi edir

Bakı. Trend:

Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyiedir.

Trend xəbərverir ki, tədbir D-8 üzv dövlətlərinin gənclər siyasətinə məsulqurumlarının rəhbərlərini, aparıcı gənclər təşkilatlarınınnümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalqekspertləri bir araya gətirəcək.

Dialoq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “GənclərQlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: SabahınDayanıqlı və İqlimədavamlı Şəhərləri mövzusuna həsr olunacaq.

Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalqəməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsindəgənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüzivvə davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunungenişləndirilməsidir.

Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlışəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlışəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüzivşəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi nəzərdətutulub.

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 30-dan çox xaricinümayəndə, 10-dək peşəkar çıxışçı olmaqla ümumilikdə 100-dən çoxqonaq iştirak edəcək.

Məqalədə:
Seçilən
90
15
az.trend.az

10Mənbələr