AZ

Sürücülərin yuxulu halda yola çıxması ağır qəzaların əsas səbəblərindən biri kimi qalır

Bakı. Trend:

Sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına keçməsiölkə yollarında baş verən ağır nəticəli qəzaların əsassəbəblərindən biri olaraq qalır.

Trend xəbər verirki, nəqliyyat vasitələrinin yoldan çıxması, aşıması və yolkənarımaneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəzanövlərinin çox vaxt məhz sürücülərin yuxulu və ya halsız şəkildəyola çıxması ilə bağlı olduğunu göstərir.

Belə hallarda sürücünün diqqətinin zəifləməsi, reaksiyanınləngiməsi və idarəetmə bacarığının azalması qəza riskini kəskinartırır. Son dövrdə xüsusilə kənd təsərrüfatı və digər istehsalsahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş vəistirahət rejiminə nəzarətin zəif olması bir sıra ağır qəzalarlanəticələnib.

Səhər saatlarında yuxusuz halda yola çıxmaq və uzun məsafələrifasiləsiz qət etmək sürücünün yuxulama ehtimalını yüksəldir. Bu isədiqqət yayınması və qəfil idarəetməni itirmə hallarına yol açaraqfaciəvi nəticələrə səbəb olur.

Məsul qurumlar bildirirlər ki, işçilərin daşınması zamanı yalnızsaz vəziyyətdə olan və təhlükəsizlik standartlarına cavab verənnəqliyyat vasitələrindən istifadə edilməli, sürücülərin iş-güc vəistirahət rejiminə ciddi nəzarət olunmalıdır. Yorğun və yuxusuzsürücünün yola buraxılması yolverilməzdir.

Xatırladılır ki, hər bir işçinin həyatı və sağlamlığı onlarındaşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir.

Seçilən
120
1
az.trend.az

2Mənbələr