AZ

Avropa Komissiyası ilə bağlı şok qalmaqal: Ləğv oluna bilər

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyalı diplomat Vladimir Olençenko Avropa Komissiyasının (AK) keçmiş rəhbəri Federika Moqerininin həbsi ilə bağlı qalmaqalın qurumu ciddi böhran vəziyyətinə sala biləcəyini proqnozlaşdırıb.

Globalinfo.az xəbər verir ko, bu barədə Olençenko sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, AK hələ də Ukraynaya dəstək üçün aktivlərini köçürmək yollarını axtarır, lakin Belçika hakimiyyətinin uzun müddət davam edən qarşıdurmadan yorulması səbəbindən bürokratların diqqətini daxili problemlərinə yönəltmək üçün həbsi “kozır” kimi istifadə edə biləcəyi ehtimal olunur.

Ekspert əlavə edib ki, gələcəkdə daha çox faktlar üzə çıxa bilər və AK prezidenti Ursula fon der Leyenin Moqerininin hərəkətlərindən xəbərdar olduğu halda buna göz yumması təsdiqlənərsə, Avropa Komissiyası 1999-cu ildəkilə bənzər şəkildə istefaya getməli olacaq.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
globalinfo.az

1Mənbələr