Hindistanlı Sarvaqya Sinq Kuşvaha Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən tarixdə reytinqə düşən ən gənc oyunçu olub.
Bu barədə “ETV Bharat” məlumat yayıb.
Belə ki, idmançının yaşı 3 il 7 ay 20 gündür. O, FİDE reytinqinə ondan bir ay böyük olan həmyerlisi Aniş Sarkarunun nailiyyətini ötüb.
Kuşvahanın altı ay əvvəl şahmat oynamağa başladığı bildirilir. Şahmatçının atası Siddhart Sinq Kuşvaha, “o, oyunun qaydalarını o qədər tez öyrəndi ki, məşqi davam etdirməyə qərar verdik. Məşqçi tutduq və fərdi dərslər təşkil etdik”, - deyib.
O, vətənində bir neçə turnirdə iştirak etməyi və böyüklər oyunçuları üzərində qələbə qazanmağı bacarıb. Bu, ona FİDE reytinqində yer almağa imkan verib.
"Cebheinfo.az"