AZ

Kadırovdan dron hücumuna REAKSİYA: Düşmən tezliklə hədiyyəmi alacaq

Kadırov Qroznıya dron hücumuna cavab verəcəyini vəd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb. Çeçenistan lideri hücum nəticəsində itki olmadığını bildirib və düşməni hədələyib.

Kadırov Qroznıdakı hündür mərtəbəli kompleksin binasına edilən PUA hücumuna sərt reaksiya verib. O bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Çeçenistan rəhbəri hücumun cavabsız qalmayacağını vurğulayıb:

“Öz adımdan söz verirəm ki, bizim tərəfimizdən cavab özünü çox gözlətməyəcək. Düşmən tezliklə mənim şəxsi ‘hədiyyəmi’ alacaq. Binanı isə tez bir zamanda bərpa edəcəyik”.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
48
1
interpress.az

2Mənbələr