AZ

Kadırov Ukraynanı “üzbəüz döyüşə” çağırıb...

Çeçenistan lideri Qroznıda çoxmərtəbəli binaya dron hücumundan sonra Ukrayna qüvvələrini “üz-üzə görüşə” çağırıb...

Poliqon xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda çoxmərtəbəli binaya edilmiş PUA hücumundan sonra Ukrayna Silahlı Qüvvələrinə müraciət yayıb. O, açıqlamasında Kiyev tərəfini “üz-üzə görüş” üçün yer müəyyən etməyə çağıraraq sərt ritorika ilə çıxış edib.

Hadisə Çeçenistan paytaxtında hədəfə alınan hündürmərtəbəli binaya edilən dron zərbəsindən sonra baş verib. Yerli rəsmilər binaya dəymiş ziyanın araşdırıldığını, ölən və yaralananlar barədə məlumatın isə açıqlanmadığını bildirirlər.

Kadırov öz bəyanatında iddia edib ki, əgər Ukrayna tərəfi “həqiqətən onunla döyüşmək istəyirsə”, bunun üçün konkret yer göstərməlidir:

“Ukrayna nasistlərinə və onların əlaltılarına müraciət edirəm: əgər doğrudan da döyüşmək istəyirsinizsə, bizimlə üz-üzə görüşəcəyiniz yeri müəyyən edin. Əgər özünüzü döyüşçü və ya kişi sayırsınızsa, bunu edin”, deyə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb.

Ukrayna tərəfi Kadırovun çağırışına reaksiya verməyib.

Poliqon.info

Seçilən
93
poliqon.info

1Mənbələr