AZ

​Rusiya çoxqütblü dünyanın formalaşmasını dəstəkləyir -

Rusiya və Hindistan daha ədalətli çoxqütblü dünyanın formalaşmasını dəstəkləyir. Metbuat.az xəbər verir ki, Hindistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiya BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və dünya tərəfdaşları ilə daha ədalətli və demokratik çoxqütblü dünya nizamının formalaşmasını dəstəkləyir. Putin, Rusiya-Hindistan münasibətlərinin heç kimə zərər vermədiyini və qarşılıqlı faydaya əsaslandığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Hindistan öz siyasətlərini həyata keçirən müstəqil ölkələrdir. Putin çıxışında Rusiya və Hindistan arasındakı münasibətlərin möhkəm təməl üzərində qurulduğunu bildirib və münasibətlərin əsasının qarşılıqlı fayda olduğunu bəyan edib.

Seçilən
53
1
metbuat.az

2Mənbələr