AZ

Qəlyan xərçəng riskini beşqat artırır – onkoloqlardan ciddi xəbərdarlıq

Həkim-onkoloqlar qəlyan istifadəsinin təhlükəsiz sayılması barədə ictimai fikirin yanlış olduğunu bildiriblər.

KONKRET.az musavat.com-a istinadən Mütəxəssislərin qeyd etdiyinə görə, bir qəlyan seansı zamanı qəbul edilən nikotin miqdarı təqribən 50–100 siqaretə bərabər olur ki, bu da ağciyər hüceyrələrinin DNT-sinə birbaşa zərər yetirir və xərçəng riskini dəfələrlə artırır.

Sankt-Peterburq Nefroloji və Tədqiqat İnstitutunun onkoloqu Andrey Nefedov açıqlamasında deyib ki, bir çox insan qəlyanın tüstüsü sudan keçdiyinə görə zərərsizləşdiyini düşünür, lakin əslində su nə kanserogen maddələri, nə də tütünün yandırılması zamanı ayrılan toksinləri tutmur. Həkimlərin məlumatına görə, qəlyandan alınan yüksək nikotin dozası ürək-damar sisteminə ciddi yük salır, neyromediatorların fəaliyyətini pozur və xərçənglə yanaşı, insult, infarkt kimi ağır fəsadların riskini artırır, həmçinin reproduktiv sağlamlığa mənfi təsir göstərir. Mütəxəssislər qəlyan və siqaret istifadə edən şəxslərə mütəmadi olaraq aşağı dozalı KT müayinəsindən keçməyi tövsiyə edirlər ki, mümkün onkoloji proseslər erkən mərhələdə aşkar oluna bilsin.

Seçilən
35
4
konkret.az

5Mənbələr