ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əgər özlərini döyüşçü sayırlarsa, üz-üzə qarşılaşmaq üçün yer təyin etsinlər”.
Globalinfo.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinə müraciət edərkən belə deyib.
O, bu bəyanatı Yeni il tədbirlərinə hazırlıqla bağlı keçirilən iclas zamanı səsləndirib.
Səbəb isə Ukrayna PUA-larının Qroznı şəhərində yerləşən “Qroznı Siti” göydələnlər kompleksindəki binalardan birinə hücum etməsi olub. Kadırov bunu “acizlik əlaməti” adlandırıb və cavabın gecikməyəcəyini vurğulayıb.
“Əgər həqiqətən döyüşmək istəyirsinizsə, bizimlə üz-üzə dayanacağınız yeri təyin edin. Əgər özünüzü döyüşçü sayırsınızsa, bunu edin. Kadırov Ukrayna ordusuna “şəxsi hədiyyə” də vəd edib. Mənim tərəfimdən veriləcək cavab çox gecikməyəcək. Qarşı tərəf üçün hazırladığım şəxsi ‘hədiyyəni’ tezliklə alacaqlar”, – o vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.