GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Suriyanın devrilmiş keçmiş lideri Bəşər Əsədin Moskvaya sığınan yaxın çevrəsinin üzvləri ölkədə yeni hökumətin sabitliyini pozmaq üçün öz silahlı qüvvələrini formalaşdırmağa çalışırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, Əsədə sadiq keçmiş qüvvələr on minlərlə potensial döyüşçünü maliyyələşdirmək üçün milyonlarla dollar vəsait ötürür. Məqsəd – hazırkı hakimiyyətə qarşı üsyanları alovlandırmaq və əvvəlki nüfuzlarını qismən də olsa bərpa etməkdir.
Mənbələr bildirir ki, hazırlanan üsyanda əsas rollardan birini hərbi kəşfiyyatın keçmiş rəhbəri Kamal Həsən və Əsədin əmisi oğlu, iş adamı Rami Maxlouf oynayır. Reuters-in iddiasına görə, onların da daxil olduğu bir neçə qrup ümumilikdə 50 mindən çox silahlını maliyyələşdirir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.