AZ

Rusiya ABŞ-ın reaksiyasını gözləyir

Rusiya Prezident Vladimir Putinin ABŞ-ın xüsusi elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner ilə görüşündən sonra ABŞ-ın reaksiyasını gözləyir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bunu jurnalistlərə bildirib. O, Vitkovla yeni danışıqların tarixinin hələ müəyyən edilmədiyini qeyd edib. Uşakov bildirib ki, Vladimir Putin və Donald Tramp arasında yeni danışıq hazırda planlaşdırılmır. O, “əlaqələr üçün ilkin şərtlər yaradılan kimi”, şəxsən danışıqlar da daxil olmaqla, kontaktların tez bir zamanda təşkil edilə biləcəyinə əminlik verib.

Qeyd edək ki, Vladimir Putin və ABŞ nümayəndələri 2 dekabrda Kremldə görüşüblər. Danışıqlar təxminən beş saat davam edib və tərəflər Vaşinqton və Kiyev arasında məsləhətləşmələrdən sonra hazırlanmış Ukrayna üçün nizamlama planını müzakirə ediblər. Görüşdən sonra Yuri Uşakov hələlik kompromis razılaşmasının əldə olunmadığını bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
66
editor.az

1Mənbələr