AZ

Bakıda binada yanğın baş verib, 4 nəfər ölüb, yaralılar varVİDEO

Bakının Qaraadağ rayonu, Lökbatan qəsəbəsində yerləşən çoxmərtəbəli binada 4 nəfərin ölümü ilə nəticələnən yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, mənzildə yanğın nəticəsində 27 yaşlı Zülfiyyə Yusifova, övladı 9 yaşlı Yusif Yusifov, 6 yaşlı Məryəm Yusifova və qonşuları, 72 yaşlı Yusif Hüseynov dünyasını dəyişib.  

Yusif Hüseynovun qohumunun sözlərinə görə, mərhumun həyat yoldaşının da vəziyyəti ağırdır.

Hadisə şahidləri yanğının güclü partlayışdan sonra baş verdiyini deyirlər.

Fövqəlada Hallar Nazirliyindən bildirildi ki, həmin mənzilin bir hissəsi və digərləri yanğından mühafizə olunub.

TƏBİB-dən bildirildi ki, saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 4 nəfər tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir, 1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  bildirilib ki, Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün komitə tərəfindən tədbirlər görülür.

Hadisə ilə bağlı  iki və ya daha çox adamı öldürmə və yanğın təhlükəsizliyi qaydalarını pozma maddələri ilə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
67
xezerxeber.az

1Mənbələr