AZ

25.000 ukraynalı qaçqın İsraildən qovula bilər

“Haaretz” qəzetinin məlumatına görə, İsraildə təxminən 25.000 ukraynalı qaçqın qoruma və yaşayış proqramlarının yenilənməsindəki gecikmələr səbəbindən ölkədə yaşamaq hüququnu itirə bilər.

Editor.az xəbər verir ki, əvvəllər verilmiş icazələrin müddəti dekabrın sonunda bitir və yenilənmədən qaçqınlar deportasiya olunmaq təhlükəsi ilə üzləşiblər. Qəzetin məlumatına görə, hökumət hələ proqramın uzadılması barədə qərar verməyib; məsələ hələ də müzakirə mərhələsindədir.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında bir neçə insan haqları təşkilatı dövlət qurumlarına Ukrayna qaçqınları üçün müvəqqəti qorumanın uzadılmasını tələb edən ən azı üç müraciət təqdim edib. Məqalədə bildirilir ki, hələlik cavab yoxdur.

//Samir Qurbanov, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr