Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ-ın mümkün “xəyanəti” barədə xəbərdar etməsi ilə bağlı yayılan iddiaları rədd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Bütün deyilənləri təkzib edirəm. Sülh üçün ABŞ-a ehtiyacımız var. ABŞ-ın da davamlı və möhkəm sülh üçün bizə ehtiyacı var”, – deyə Makron bildirib.
Xatırladaq ki, bir gün əvvəl Almaniyanın “Spiegel” nəşri Avropa İttifaqı liderlərinin Ukrayna ilə bağlı gizli müzakirəsi barədə məqalə dərc etmişdi. Nəşrin iddiasına görə, Makron Zelenskini Vaşinqtonun mövqesinin dəyişə biləcəyi və ABŞ-ın Ukraynanı yarı yolda qoya biləcəyi riskinə qarşı xəbərdar edib.
Fransa Prezidenti isə yayılan informasiyaların heç birinin həqiqətə uyğun olmadığını bildirib.