AZ

Bərdədə avtomobil aşdı - Sürücü xəsarət aldı

Bərdədə bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək dirəyə çırpılıb.

Zərbənin təsirindən avtomobil yol kənarında aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Seçilən
52
11
bizim.media

10Mənbələr