Bərdədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik maşını idarəetməni itirərək dirəyə çırpılıb. Zərbənin təsirindən sonra avtomobil yol kənarında aşıb.
Hadisə nəticəsində sürücü xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.