AZ

Tramp: FİFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik

Vaşinqton, 5 dekabr, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda futbol üzrə 2026 FİFA Dünya Kuboku üçün final püşkatma mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Kennedi Mərkəzində təşkil olunan tədbirdə Prezident Donald Trampla yanaşı, gələn il ABŞ-la birlikdə Dünya Kubokuna ev sahibliyi edəcək Kanadanın baş naziri Mark Karni və Meksika Prezidenti Klaudiya Şeynbaum da iştirak edirlər. Mərasimdən əvvəl qırmızı xalçada FIFA prezidenti Canni İnfantino ilə birlikdə addımlayan Tramp mediaya açıqlamasında artıq gələn il keçiriləcək kubokla bağlı bilet satışında bütün dövrlərin rekordunun yeniləndiyini deyib.

Mərasimin açılışında dünya şöhrətli italiyalı tenor Andrea Boçelli çıxış edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
101
1
azertag.az

4Mənbələr