AZ

Sırski Rusiya ilə sülhün şərtlərini açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna üçün ədalətli sülh yalnız hərbi əməliyyatların dayandırılması və şərtsiz sazişin imzalanmasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Sky News-a müsahibəsində deyib.

“Bizim üçün sadəcə ərazilərimizi Rusiyaya vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan niyə imtina etməliyik? Biz məhz buna görə vuruşuruq ki, ərazilərimizi itirməyək,” – deyə o vurğulayıb.

Sırski bildirib ki, hazırda Ukrayna ordusunun əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü, xalqını və dövlətini qorumaqdır. O qeyd edib ki, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya verilməsi ideyası onun üçün tamamilə qəbuledilməzdir.

“Bütün müharibələr bir gün başa çatır. Biz də ümid edirik ki, müharibəmiz tezliklə sonlanacaq. Amma o zaman sülh ədalətli olmalıdır. Mənim fikrimcə, ədalətli sülh şərtsiz şəkildə hərbi əməliyyatların dayandırılması və heç bir ərazidən imtina edilməməsidir. Bu, mövcud təmas xətti üzrə atəşkəs deməkdir,” – Sırski deyib.

Baş komandan bildirib ki, sülh yalnız şərtsiz atəşkəs və ardınca aparılacaq danışıqlar əsasında mümkün ola bilər.

“Bundan fərqli hər hansı format Ukrayna üçün ədalətli sayılmaz və bizim üçün qəbuledilməzdir,” – Sırski yekunlaşdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
globalinfo.az

1Mənbələr