AZ

Ermənistanla sərhəddə dəmir yolunun bərpasına başlanılıbVİDEO

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb.

Xezerxeber.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev bildirib ki, Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib.

Arif Ağayevin sözlərinə görə, Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.

Yeni dəmir yolunun inşası Naxçıvanın əsas hissəsinin Azərbaycan ərazisi ilə fasiləsiz və birbaşa nəqliyyat əlaqəsini təmin edəcək, bölgəyə yeni ticarət, tranzit və logistika imkanları açacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
37
1
xezerxeber.az

2Mənbələr