AZ

İsveç Afrikadan imtina etdi Hədəf Ukraynadır

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsveç Afrika və Boliviyaya etdiyi yardımı Ukraynaya yönəltmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, İsveç hökuməti beş ölkəyə göstərdiyi inkişaf yardımını tədricən dayandıraraq bu vəsaitləri Ukraynaya yönəldəcək.

Bu barədə ölkənin beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Benyamin Dusa Reuters agentliyinə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yaxın illərdə Zimbabve, Tanzaniya, Mozambik, Liberiya və Boliviyaya yardımlar mərhələli şəkildə dayandırılacaq.

“Ukrayna İsveçin xarici siyasətində və yardım siyasətində əsas prioritetdir. Bu səbəbdən hökumət 2026-cı ilə qədər Ukraynaya dəstəyi ən azı 10 milyard İsveç kronuna (1 milyard ABŞ dollarından çox) çatdırmaq niyyətindədir”, — deyə Dusa vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
globalinfo.az

1Mənbələr