AZ

Qleb Samoylovun Qazaxıstandakı konserti QALMAQAL

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"Aqata Kristi" rok qrupunun keçmiş rəhbəri Qleb Samoylovun növbəti konserti qalmaqalla yekunlaşıb.

BAKU.WS xəbər verir ki, bu dəfə hadisə Almatıda baş verib.

Belə ki, Samoylov səhnədə sərxoş görünürüb, yeriyərkən yırğalanıb və qəribə şəkildə oxuyub.

Bildirilir ki, bir çox tamaşaçı məyus olub və pulun geri qaytarılmasını tələb edib.

Samoylovun nümayəndələri isə bunun "sənətçinin melanxolik-romantik obrazı" ilə bağlı olduğunu iddia ediblər.

Qeyd edək ki, ötən il də oxşar hadisə Krasnoyarskda yaşanmışdı. Həmin vaxt müğənninin administratoru vəziyyəti Samoylovun yaşı ilə əlaqələndirmişdi. 55 yaşlı Qleb Samoylov, 61 yaşlı Vadim Samoylovun kiçik qardaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
baku.ws

2Mənbələr