“Fənərbağça” qış transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, İstanbul klubu “Milan”ın hücumçusu Santyaqo Ximeneslə maraqlanır.
“Takvim” qəzetinin məlumatına görə, "sarı-göylər" 24 yaşlı oyunçunun transferi üçün ilkin araşdırmalara başlayıblar.
Ximenezin performansı və oyun tərzi texniki heyətin diqqətini cəlb edib. Klubun yaxın günlərdə rəsmi sorğu göndərib-göndərməyəcəyi isə hələlik dəqiqləşməyib.