AZ

Dronlar Qroznıya hücum etdi: partlayışlar baş verir

Dekabrın 5-də Çeçenistan Respublikasının paytaxtı Qroznıda dron hücumu nəticəsində partlayışlar baş verib.

Bu barədə Telegram monitorinq kanalı “Exilenova+” yerli sakinlərə istinadən məlumat verib. Kanal Qroznı şəhərindəki çoxmərtəbəli binalardan birinə dəyən ziyanı göstərən bir foto yayımlayıb.

“Exilenova+” hücumun hədəfinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin binası olduğunu irəli sürüb. Məlumatda deyilir ki, “Qroznı şəhəri yaxınlıqda yerləşir və Çeçenistan FSB binası çox güman ki, hücumun hədəfi ola bilərdi”.

//Samir Qurbanov, Editor.az

Seçilən
93
editor.az

1Mənbələr