Rusiyada benzinin qiyməti ucuzlaşıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, AI-92 və AI-95 benzininin birja qiyməti 6%-dən çox düşüb.
Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarına görə, dizel yanacağının qiymətində də ucuzlaşma olub. Bu yanacaq növündə ucuzlaşma 7,43% təşkil edib.
Rusiyanın Avropa hissəsi üçün ərazi indeksinə əsasən AI-95-in qiyməti bir gündə 4,41% düşərək ton üçün 67.538 rubl müəyyənləşib.
Mövsümdənkənar dizel yanacağının qiyməti də bugünkü ticarətdə 3,42% azalaraq ton üçün 53.928 rubl olub.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl 1 oktyabr 2025-ci ildən 1 may 2026-cı ilə qədər benzin və dizel yanacağına yanacaq amortizatoru ödənişlərinin həddini ləğv edən fərman imzalamışdı. Rusiya Energetika Nazirliyinin məlumatına görə, bu, yanacaq istehsalçılarına ödənişləri qoruyacaq və daxili bazarda qiymətlərin sabitləşməsinə kömək edəcək.
Cavid