AZ

20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açıldı

İngiltərədə 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində açılıb.

“Cebheinfo.az” xəbər verir ki, 20 il əvvəl 35 yaşlı Cennifer Kiely İngiltərənin Eastbourne şəhərində öldürülüb.

O, 2005-ci il yanvarın 22-də səhər saatlarında ölmüş vəziyyətdə tapılıb. Cennifer çoxsaylı bıçaq xəsarətləri almış və bədəni isə yandırılmışdı. Hücumun cinsi motivli olduğu güman edilirdi.

Hadisə zamanı iki şübhəli saxlanılsa da, kifayət qədər dəlil olmadığı üçün heç bir ittiham irəli sürülmədən sərbəst buraxılmışdı. Hadisə yerindən DNT nümunələri, o cümlədən siqaret kötüyü götürülmüşdür. 

Müasir texnologiya ilə həmin nümunələrdə Cenniferin bədənində və qanında tapılan DNT ilə uyğun gələn bir şəxsin tam profili müəyyən olunub. Lakin həmin zaman bu şəxs milli məlumat bazasında qeydiyyatda deyildi.

2018-ci ildə qohumluğa əsaslanan DNT analizi texnologiyasının inkişafı cinayətkarla əlaqəli şəxslərin müəyyən edilməsinə imkan yaradıb.

Keçən il sistemə yüklənmiş bir kişinin DNT nümunəsinin qatilin yaxın qohumuna aid olduğu müəyyən edilib. Nəticədə qətlin, 2014-cü ildə 60 yaşında vəfat etmiş Keith Dowbeck tərəfindən törədildiyi məlum olub.

Seçilən
58
cebheinfo.az

1Mənbələr