AZ

Rekordlar "silkələnir": Mbappe tarix yazmağa davam edir

Kilyan Mbappe 2025-ci ildə göstərdiyi möhtəşəm bombardirlik performansı ilə futbol tarixində daha bir böyük uğura imza atıb.

Fanat.Az xəbər verir ki, Fransa millisinin və “Real Madrid”in hücumçusu bu il iştirak etdiyi 63 oyunda 62 qola imza ataraq, bir təqvim ilində ən çox qol vuran futbolçular siyahısında 8-ci yerə yüksəlib.

Mənbələr bildirir ki, Mbappe bununla Kriştianu Ronaldunun 2014-cü ildəki 61 qolluq nəticəsini də arxada qoyub. Ulduz hücumçu daha 8 qol vuracağı təqdirdə portuqaliyalı superulduzun 2013-dəki 69 qolluq performansını keçmiş olacaq.

Ekspertlər, Mbappenin ilin sonuna qədər çətin də olsa, tarixi bir rekordun ardınca qaça biləcəyini yazırlar. Belə ki, fransalı ulduz ilin sonuna qədər 30 qol da vurarsa, Lionel Messinin 2012-ci ildə müəyyənləşdirdiyi “91 qol” dünya rekordunu qıracaq.

Mbappenin mövsümü hansı rəqəmlə tamamlayacağı böyük maraq doğurur.

Kamil Xudiyev

Seçilən
16
1
fanat.az

2Mənbələr