Azərbaycan Basketbol Liqasında (ABL) 8-ci turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk matçında “Quba” “Sumqayıt”ı qəbul edib.
Görüş meydan sahiblərinin 107:90 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçında “Şəki” “Sabah”la qarşılaşacaq.
8-ci turda daha öncə “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni (102:87), “Naxçıvan” “Lənkəran”ı (82:75) üstələyib.