AZ

İlk dəfə RAST GƏLİNDİ: Hindistanda 9 metrlik köpəkbalığı TUTULDU – FOTO

Hindistanda 5 tonluq nəhəng köpəkbalığı tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. Balasorda balıqçıların toruna düşən 9 metrlik canlını görmək üçün turistlər çimərliyə axışıb.

Məlumata əsasən, Hindistanın Balasor sahillərində balıqçılar nadir və nəhəng bir ov həyata keçiriblər. Onlar uzunluğu 9 metr, çəkisi isə təxminən 5 ton olan balina köpəkbalığını sahilə çıxarıblar.

Bu nəhəng canlını sudan çıxarmaq asan olmayıb, bunun üçün təxminən 100 nəfərin köməyinə ehtiyac yaranıb. Bildirilir ki, bu ərazidə ilk dəfədir ki, bu böyüklükdə bir canlı tutulur.

Hadisə yerli sakinlər və turistlər arasında böyük marağa səbəb olub. İnsanlar kütləvi şəkildə çimərliyə axışaraq bu unikal nüsxənin fonunda şəkil çəkdiriblər.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
37
interpress.az

1Mənbələr