Yazını böyüt
Yazını kiçilt
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 5-də Cəlilabad rayonunda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Cəlilabad, Cəbrayıl və Biləsuvar rayon sakinlərinin hüquqi yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.