Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Daşkəsəndə 2011-ci il təvəllüdlü E.O. qol və qulaq nahiyəsinin kəsilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin verisyaya görə E.O tanışı ilə arasında pul üstündə mübahisə düşüb və onu butulka ilə vuraraq xəsarət yetirilib.Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 13 yaşlı Y.T. saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.