"Football-plus.az" xəbər verir ki, türkiyəli ulduz Turin nəhəngindən illik 5-6 milyon avro tələb edir. Hazırda Kənanın maaşı 1,75 milyon avrodu və onun klubla 2029-a qədər müqaviləsi var. Bu mövsüm 18 rəsmi oyunda aktivinə 5 qol, 5 məhsuldar ötürmə yazan 20 yaşlı vinger Avropanın önəmli klublarının diqqət mərkəzindədi.
Bu arada ''Yuve''nin əfsanəsi və hazırda bu klubda direktor vəzifəsini icra edən Corcio Kyellini Kənan Yıldız haqda açıqlamalar verərək bunları deyib:
"Son həftələrdə bəlkə də ən çox haqqında bəhs etdiyim mövzu budu. Kənanın potensialına bələdik və ona görə də uğurları bizi təəccübləndirmir. Yıldıza hər zaman böyük hörmət və heyranlıqla yanaşdığımı özü də gözəl bilir. Son günlərdə də söylədiyim kimi hər iki tərəf də yeni müqavilənin imzalanmasında çox maraqlıdı. Ancaq bu məsələ düşündüyünüzdən bir qədər çox zaman apara bilər. Kənan özəl futbolçudu. Zatən bizimlə uzunmüddətli müqaviləsi var. Onun hələ uzun illər bu komandanın önəmli bir parçası olacağına inanıram''.