«Üç yaşlı uşaq şahmat tarixində — rəsmi FIDE reytinqi alan ən gənc oyunçu»
Üç yaşlı Hindistanlı Sarvagya Singh Kushvaha — Madhya Pradeş ştatının Sagar rayonundan — şahmat tarixində rəsmi FIDE reytinqi alan ən gənc oyunçu olaraq adını yazdırıb.
Tribuna xəbər verir ki, o, 3 il, 7 ay və 20 günlük olanda bu nailiyyətə imza atıb və bu göstərici ilə reytinqi əvvəllər əldə etmiş olan Anish Sarkar-ı geridə qoyub.
Əksər uşaqlar bu yaşda yeni sözləri öyrənərkən, Sarvaqya artıq kombinasiyalar qurur, mat planı hazırlayır və təcrübəli rəqiblərə qalib gəlir.
“Biz onunla qürur duyuruq. Arzumuz odur ki, bir gün o, böyük usta — qrossmeyster titulunu alsın.”,- atası Siddharth Sinqh bildirir.
Sarvagyanın FIDE “rapid” reytinqi 1572-dir — bu, onun beynəlxalq şahmat sıralarına daxil olduğunu göstərir.
FIDE xalı almaq üçün oyunçu ən azı bir FIDE reytinqinə sahib rəqibini məğlub etməlidir. Reytinq şahmatçının güc səviyyəsini və performansını ölçən əsas göstəricidir. Hazırda dünya reytinqində birinci olan Maqnus Karlsenin sürətli şahmat xalı 2824-dür.
Reytinq necə alınıb?
Rəsmi reytinq almaq üçün FIDE qaydalarına görə bir oyunçu ən azı bir FIDE-reytinqli rəqibini məğlub etməlidir. Sarvagya bu şərti təkcə yerinə yetirməyib — o, üç fərqli FIDE-reytinqli rəqibi turnirlərdə məğlub edib. Bu turnirlər həm Madhya Pradeşdə, həm də Hindistanın başqa bölgələrində keçirilib.
Uşaqlıq
Sarvagya hələ bağça yaşında — bu yaşda bir çox uşaqlar şahmat taxtasının kağız fiqurlarının “at”, “piyadə” kimi adlarını bilməyə bilər — lakin o artıq reytinqli oyunçulara qalib gəlir.
Hindistan şahmat məktəbinin yeni siması
Bu hadisə Hindistan şahmat sahəsində artan maraq və uşaq yeteneklərinin erkən aşkar edilməsi tendensiyasının təcəssümüdür. Ölkə daha əvvəl də məşhur qrossmeysterlər, dünya çempionları yetişdirib, və Sarvagya bu ənənənin — uşaq yaşlarından yüksək səviyyəyə yetişən şahmatçıların — yeni nümunəsidir.
İmran Kərimli