AZ

İran Livanın suverenliyini dəstəklədiyini bəyan edib

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İran Livanın təhlükəsizliyi və daxili birliyini dəstəkləməyə davam edəcək”

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın xüsusilə İsrailin təcavüzü qarşısında Livanın suverenliyi, milli birliyi, ərazi bütövlüyü və sabitliyinə sarsılmaz dəstəyini təsdiqləyib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Əraqçi livanlı həmkarı Yusif Raciyə ünvanladığı yazılı mesajda deyib.

Nazir iki ölkə arasında tarixi və dostluq əlaqələrini vurğulayaraq, İranın Livanın təhlükəsizliyi və daxili birliyini dəstəkləməyə davam edəcəyini qeyd edib.

Əraqçi Livanın xarici işlər nazirini ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional və beynəlxalq hadisələrin müzakirəsi ilə bağlı məsləhətləşmələr üçün Tehrana səfərə dəvət edib.

İranın baş diplomatı həmçinin əmin olduğunu bildirib ki, Livan xalqı və hökuməti öz ölkəsinin üzləşdiyi təhlükə və çağırışları uğurla həll edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
ayna.az

1Mənbələr