“Napoli” A seriyasının 14-cü turunda "Yuventus"la matça itki ilə çıxacaq.
QOL.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Stanislav Lobotka əzələ problemi səbəbindən sözügedən görüşdə oynaya bilməyəcək.
31 yaşlı futbolçu İtaiya kubokunun 1/8 finalı çərçivəsində “Kalyari” ilə qarşılaşmada sıradan çıxıb. Bu, onun mövsümdəki ilk ciddi problemi deyil. Slovakiyalı oyunçu oktyabr ayında da zədə səbəbindən 3 həftə yaşıl meydanlardan uzaq qalmışdı.
Lobotka cari mövsüm "Napoli" üçün ümumilikdə 14 matç keçirib, 1 qolun ötürməsini verib.