ain.az bildirir, 525.az saytına əsaslanaraq.
“Böyük Britaniya ilə Azərbaycan arasında çoxşaxəli strateji münasibətləri var. Bu münasibətlər bütün istiqamətlərdə inkişaf edir”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputat bildirib ki, enerji sahəsində ənənəvi əməkdaşlığımız artıq yaşıl enerji istiqamətində də genişlənir:
“Avropanın enerji təhlükəsizliyi bizim əməkdaşlığımızın nəticəsində daha da güclənib. Birgə layihələrimizin sayı artıb. Bununla yanaşı, Azərbaycan Britaniya ilə təhsil səhəsində əməkdaşlıq edir, eyni zamanda, mədəniyyət sahəsində əməkdaşlığımız genişlənməkdədir. Yəni humanitar sahəni də biz intensiv inkişaf etdiririk. Həmçinin, təbii olaraq çox çətin bir dünyada Azərbaycan və Britaniya öz layihələrini, yaratdıqları sistemi qorumaq üçün təhlükəsizlik məsələlərində də əməkdaşlığı gücləndriməlidirlər. Bu istiqamətdə də bizim birgə işlərimiz daha intensiv olacaq”.
Deputat hesab edir ki, Britaniya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə daha da güclənəcək, çoxşaxəli, strateji əməkdaşlıq daha da dərinləşəcək:
“Biz öz strateji proqramlarımızı qorumaq fikrindəyik, buna qadirik və bu işlər davam edəcəkdir”.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.