AZ

“Bu gün Azərbaycan gəncliyi ölkənin inkişafında aparıcı qüvvəyə çevrilib” - Könül Quliyeva

5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəallıqları, əzmkarlıqları və dövlətçilik ənənələrinə sadiqlikləri ilə seçilirlər.

Onun sözlərinə görə, dövlət tərəfindən gənclərin inkişafına yönəlik ardıcıl tədbirlər gənclərin ictimai fəallığını artırır, onların ölkənin sabitliyinə və davamlı tərəqqisinə töhfəsini daha da gücləndirir:

"Azərbaycanın gələcək inkişafı bilikli, savadlı, müasir dünyagörüşünə malik gənclərin formalaşmasından asılıdır. Hər bir gənc Vətən və xalq qarşısında məsuliyyətini dərk etməli, ictimai fəallığı ilə dövlətin insan kapitalının zənginləşməsinə töhfə verməlidir. Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi igidliklə vətənpərvərliyini sübut edib və bu gün də ölkənin hərtərəfli inkişafında aparıcı qüvvə kimi çıxış edir".

Sonda o, bütün gəncləri könüllülük hərəkatında daha fəal olmağa səsləyib:

“İndi də meydan sənindir – dövlətə sədaqətini ictimai fəallığınla təsdiq et! Azərbaycanın parlaq gələcəyi sənin fəal həyat mövqeyindən asılıdır.”

Seçilən
118
qht.az

1Mənbələr