Putin və Modinin Heydərabad sarayındakı danışıqları iki saatdan çox davam edib.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Moskva Yeni Dehli ilə aparılan danışıqların nəticələrindən razıdır.
Bildirilir ki, Rusiya-Hindistan danışıqları konstruktiv və dostluq şəraitində keçib. Liderlər bir çoxu iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlər paketi imzalayıblar. Rusiya və Hindistan turist qrupları üçün viza rejiminin ləğvi üzərində işləyir.
- 2030-cu ilə qədər Hindistan-Rusiya əməkdaşlığının inkişafı proqramı razılaşdırılıb. Rusiya və Hindistan ticarət dövriyyəsini 100 milyard dollara çatdıra bilər.
Ötən il ikitərəfli ticarət 12% artaraq rekord qırıb. Bu ilin sonuna qədər ticarət həcminin eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Rusiya ilə Hindistan arasında milli valyutalarda qarşılıqlı hesablaşmaların payı isə 96% təşkil edir. Rusiya iqtisadi operatorları rupinin istifadəsini genişləndirirlər. Böyük birgə layihələr də rus rublu ilə maliyyələşdirilir.