AZ

Kino dünyasında TARİXİ ANLAŞMA – “Netflix” rəqibini SATIN ALDI

“Netflix” “Warner Bros. Discovery”ni alıb.

82 milyard dollardan çox dəyəri olan müqavilə ilə “Harri Potter”, “Taxtların oyunu” və DC kainatı nəhəng platformanın əlinə keçir.

İnterpress.az xəbər verir ki, bu barədə “Netflix” şirkəti rəsmi məlumat yayıb.

Striminq nəhəngi “Warner Bros. Discovery”nin aktivlərini satın aldığını rəsmən elan edib. Şirkətin bəyanatında deyilir: “Biz birlikdə bütün dünyadakı auditoriya üçün unikal əyləncə təklifi yaradaraq hekayə anlatımında yeni əsri müəyyən edəcəyik”.

Dəyəri 82 milyard dollardan çox olan bu nəhəng sövdələşmənin gələn il ərzində tamamlanması planlaşdırılır.

Qeyd olunur ki, əgər tənzimləyici orqanlar bu müqaviləni təsdiqləyərsə, “Netflix” dünyaca məşhur “Harri Potter”, “Taxtların oyunu” (Game of Thrones), DC kinokainatı və bir çox digər kult layihələrin yayım hüquqlarına sahib olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
145
interpress.az

1Mənbələr